Yoga dərsləri

Shahana Fitness Mərkəzi

Bizimlə Yoganın sirlərini kəşf et

Yoga bizim üçün sadəcə hərəkət deyil — nəfəs, diqqət və bədən arasında qurulan harmoniyadır.
Hər dərsdə bədəni gücləndirir, zehini sakitləşdirir və gündəlik stressdən azad olmağa kömək edirik.
Səviyyəndən asılı olmayaraq, özün üçün uyğun yoqa növünü tap və bu yolçuluğa bizimlə başla.

Havada yüngüllüyü hiss et, bədənini azad et və ruhunu qanadlandır

Bədəni balansla, zehnini sakitliklə hərəkət etdir — ritmini tap

Hər nəfəsdə güc, hər hərəkətdə harmoniya tap

Üz əzələlərini oyat, parlaqlığını və gəncliyini geri qaytar

yoga studio hero img

Yoga haqqında nə bilirik?

01.

Yoganın fəlsəfəsi nədir?

Yoga yalnız fiziki hərəkətlər toplusu deyil. Onun əsas fəlsəfəsi bədən, nəfəs və zehin arasında balans yaratmaqdır. Düzgün hərəkət və şüurlu nəfəs vasitəsilə insan öz bədənini daha yaxşı tanıyır, daxili sakitlik tapır və gündəlik həyatda daha balanslı olur. Yoga özünlə əlaqə qurmağın incə, amma güclü yoludur.

02.

Yoga kimlər üçün uyğundur?

Yoga hər yaşda və hər səviyyədə olan qadınlar üçün uyğundur. İstər yeni başlayan ol, istərsə də aktiv həyat tərzin olsun — yoqa hər kəsə uyğunlaşdırıla bilər. Oturaq iş, stress, bel-boyun gərginliyi, duruş problemləri və ya sadəcə özünə vaxt ayırmaq istəyi olan hər kəs üçün təhlükəsiz və effektiv seçimdir.

03.

Yoganın faydaları nədir?

Yoga bədəni gücləndirir, elastikliyi artırır və onurğa sağlamlığını dəstəkləyir. Eyni zamanda stressi azaldır, nəfəsi dərinləşdirir və zehni sakitləşdirir. Müntəzəm məşqlər duruşu yaxşılaşdırır, bədənə yüngüllük hissi verir və özünəinamı artırır. Yoga həm fiziki, həm də psixoloji rifah üçün təsirli üsuldur.

04.

Yoga niyə bu qədər populyardır?

Çünki yoga müasir həyatın sürətinə qarşı balans yaradır. İnsanlar daha çox stress, gərginlik və oturaq həyat tərzi ilə üzləşdikcə, yoga sadə, əlçatan və təhlükəsiz çıxış yolu təqdim edir. Xüsusi avadanlıq tələb etməməsi, fərdi yanaşmaya açıq olması və real təsir göstərməsi onu dünyada milyonlarla insan üçün sevilən məşq formasına çevirib.

05.

Yeni başlayanlar üçün yoga necə keçir?

Yeni başlayanlar üçün yoga dərsləri sakit tempdə və addım-addım keçirilir. Hərəkətlər sadə variantlarla izah olunur, hər kəsin bədən imkanları nəzərə alınır. Müəllim dərs boyu düzgün texnikaya nəzarət edir ki, həm təhlükəsiz, həm də rahat məşq mühiti yaradılsın. Məqsəd bədəni yormaq deyil, onu dinləməyi və doğru hərəkəti öyrətməkdir.

06.

Yoga dərslərində bizi nə gözləyir?

Hər yoga dərsi bədəni məşqə hazırlayan yüngül isinmə ilə başlayır. Daha sonra nəfəsə fokuslanan hərəkətlər və əsas pozalar yerinə yetirilir. Dərsin sonunda isə rahatlama və dincəlmə mərhələsi olur. Bu ardıcıllıq bədəni yükləmədən gücləndirir və dərsdən sonra yüngüllük hissi yaradır.

07.

Həftədə neçə dəfə yoga etmək kifayətdir?

Əksər qadınlar üçün həftədə 2–3 dəfə yoga etmək ideal hesab olunur. Bu tezlik bədənin adaptasiyası, güclənməsi və elastikliyin artması üçün kifayətdir. Davamlı, amma həddindən artıq yüklənməyən məşqlər daha sağlam və uzunmüddətli nəticə verir. Əsas olan müntəzəmlik və bədənin siqnallarını dinləməkdir.

08.

Yoga ilə bədən necə dəyişir?

Müntəzəm yoga məşqləri bədəni daha elastik və güclü edir. Duruş düzəlir, bel və çiyin gərginliyi azalır, hərəkətlər daha rahat hiss olunur. Zamanla bədəndə yüngüllük, incəlik və balans yaranır. Bu dəyişikliklər təkcə fiziki görünüşdə deyil, gündəlik enerjidə də hiss edilir.

09.

Yoga ilə fitnes arasında fərq nədir?

Fitnes əsasən əzələlərin güclənməsinə və fiziki dözümlülüyün artmasına fokuslanır. Yoga isə güclə yanaşı elastiklik, balans və nəfəs üzərində işləyir. Yogada hərəkətlər daha şüurlu və nəzarətlidir, bədən yüklənmir, əksinə rahatlayaraq güclənir. Bu səbəbdən yoga həm fiziki, həm də zehni balans axtaranlar üçün daha yumşaq və davamlı yanaşma təqdim edir.

10.

Yoga stress və yuxuya necə təsir edir?

Yoga zamanı tətbiq olunan nəfəs texnikaları və sakit temp sinir sistemini rahatladır. Bu, gündəlik stressin azalmasına və zehni gərginliyin yumşalmasına kömək edir. Müntəzəm yoga məşqləri yuxuya getməyi asanlaşdırır, yuxunun keyfiyyətini artırır və səhərlər daha dinç oyanmağa şərait yaradır. Xüsusilə axşam saatlarında edilən yoga bədəni və zehini dincəldir.

Scroll to Top